Yəməndə həyəcan durmadan artırbackend

Yəməndə həyəcan durmadan artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin bildirib ki, tarixdə ilk dəfə olaraq öz hərbi gəmilərindən xarici vətəndaşların xilas olunması üçün istifadə edib.

Çinin hərbi gəmiləri bura Somali sahillərində çəkdikləri anti-quldur keşikçi reydindən gətirilib.

Bu da xəbər verilir ki, Türkiyənin bir hərbi freqatı da 55 Türkiyə vətəndaşını Ədən portundan çıxarıb.

Bu arada Ədənin özündə huti şiə qiyamçıları ilə prezident Abdrabbuh Mansour Hadi-yə sadiq qüvvələr arasında döyüşlər davam edir.

Xəbər verilir ki, cümə günü Səudiyyə hərbi təyyarələrinin raket zərbələrindən sonra hutilər prezident sarayını tərk ediblər.

BMT bildirir ki, Ədəndə davam edən son zorakılıqlarda 500 nəfər həlak olub və daha 1700 nəfər yaralanıb.

Əl-Qaeda təşkilatı bəyan edib ki, ölkənin cənubundakı 2-ci hərbi dairə rayonunu tamamilə nəzarətə götürüb.

İnterpress.az