İraq ordusu könüllü xalq qüvvələri ilə birlikdə Tikrit şəhərinin İŞİD terror qruplaşmasının işğalından azad etdikdən sonra Səlahəddin vilayətində öz irəliləyişini davam etdirib və terrorçuları əl-Həvicə məntəqəsindən geri çəkilməyə məcbur ediblər. İraq qüvvələri həmçinin əl-Ənbar vilayətinin mərkəzi olan Ər-Rəmadi şəhərinin Zənkurə məntəqəsini silahlılardan azad edib və bir neçə terrorçunu öldürüblər.
Kürd peşmərgə qüvvələri də Ninova vilayətində Təl əl-Səqəf şəhərciyində tam təhlükəsizliyi bərqərar etməyə çalışır və bu şəhərcikdən Mosulun tam azad olunması üçün öz əməliyyatlarını başlamağa hazırlaşırlar.
Bu arada, İraq komandanlarından Qeys Əbdülkərim də bildirib ki, “Kərbəla vilayətində təhlükəsizlik bərqərardır və Kərbəla valisi bütün təhlükəsizlik rəsmilərindən daxili yoxlama keçidlərindən bir neçəsinin yığışdırılmasını və Kərbəlanın müdafiəsi üçün çalışmalarını istəyib”.
İnterpress.az