İnterpress.az xəbər verir ki, gənc onları bu vəziyyətdə yaxalayan həkimə 3 dəfə yumruq vurub.
Gənc onlara irad bildirən həkimə “Sənin problemin nədir? Biz burda sadəcə sevişirik” deyərək onu döyüb. Grimsby Kral Məhkəməsində baxılan məhkəmə işi ölkə mətbuatının da diqqətində olub.
Həkimin sözlərinə görə, onlar xəstəyə baxmaq üçün evə giriblər. Qayıtdıqları zaman isə gəncləri təcili yardım maşınında uzanmış vəziyyətdə görüblər. Onlardan təcili yardım maşınından çıxmaq tələb olunub. Ancaq gənclər bu tələbi yerinə yetirməyib, seksə davam ediblər.
Vəziyyəti belə görən həkim gənclərə müdaxilə etmək istəyib, ancaq döyülüb. Hadisə yerinə polis çağırılıb. 92 yaşlı xəstə üçün çağırılan təcili yardımda sevişən gənc oğlan 2 il azadlıqdan məhrum edilib.
İnterpress.az