İnterpress.az xəbər verir ki, bu ölkədəki türk diaspor təşkilatları Vaşinqton, Nyu-York şəhərlərində, həmçinin Texas və Massaçusets ştatlarında ermənilərin 1915 hadisələrinə dair iddialarına cavab olaraq \”Bizi birləşdir, ayırma\” şüarı altında aksiyalar keçirəcək.
Aksiyaların təşkili üçün 145 türk – amerikan təşkilatının birləşdiyi komitə yaradılıb. Vaşinqtonda bəzi metro dayanacaqları ilə avtobus xəttlərinə nəhəng afişalar yerləşdirilib. Afişalarda, \”Bizi birləşdir, ayırma\” şüarları yazılıb.
Bundan əlavə, eyni şüar sabahdan \”Turkish Institute for Progress\” tərəfindən, New York, Texas və Massaçusets ştatlarında açıq havada reklam bilbordlarda və qəzet elanlarında yer alacaq.
İnterpress.az