Husilər Ədən şəhərini ələ keçirirlərbackend

Husilər Ədən şəhərini ələ keçirirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda qiyamçılarla prezident Əbdülrəbbu Mənsur Hadiyə yə sadiq qüvvələr arasında qızğın döyüşlər gedir.

Bu arada xarici ölkələr Yəməndəki vətəndaşlarını evakuasiya edirlər.

Səudiyyənin başçılıq etdiyi ərəb koalisiyası \”Qırmızı Xaç\”ın Yəmənə humanitar yardım gətirməsinə imkan yaradacağını vəd edib.

Ötən şənbə Qırtmızı Xaç Ədəndə 24 saatlıq atəşkəsə çağırış etmişdi.

Xəbər verilir ki, martın 26-dan bəri Yəməndəki zorakılıqlarda 185 nəfər həlak olub.

Husilər bildirirlər ki, onların tələbi prezident Hadi hökumətinin rəsmi istefasıdır.

Qiyamçıları keçmiş prezident Əli Abdullah Salehin tərəfdarları dəstəkləyirlər. Saleh “Ərəb baharı” zamanı devrilmişdi.

İnterpress.az