Bunu İnterpress.az-a açıqlamasında Müsavat Partiyasının son Məclis iclası barədə fikirlərini açıqlayan Qadınlar Birliyinin sədri Ellada Məmmədli bildirib.
Ellada Məmmədlinin sözlərinə görə, hazırda partiyanın seçkili orqanlarında və partiyadaxili vəzifələrdə Qubad İbadoğlunun tərəfdarlarından heç kəs qalmayıb: “Seçkili orqanlarda bir mən qalmışam. Divanda da ADR-dən heç kəs yoxdur. Ümumiyyətlə onlar Qubad İbadoğlu tərəfdarlarını hər yerdə kənarda qoyublar. Elə ona görə də Qubad İbdoğlunu çıxartdılar. Rayon təşkilatlarının sədrlərini belə istəklərinə uyğun seçirlər. Suraxanı Rayon Təşkilatının sədri Rövşən Dəmirli ADR İdarə Heyətinin üzvüdür. İndi ona qarşı tədhidlər geniş yer alıb”.
Elnarə
İnterpress.az