77 PHS, 4 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 485 minaaxtaran mütəxəssis, 117 nəfərlik yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 283 053 372 kvadrat metr ərazi təmizlənib, tapılıb zərərsizləşdirilmiş mina və PHS-in sayı 689 960-dır.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax və Tərtər rayonlarında davam etdirilir.
2015-ci ilin mart ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.
İnterpress.az