General: “İrana qarşı hər şeyə hazırıq”backend

General: “İrana qarşı hər şeyə hazırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyinin planlaşdırma idarəsinin rəhbəri, general-mayor Nimrod Şefer bildirib.

“Kimsə atom bombası hazırlayır, İsraili məhv etməklə bağlı bəyanatlar səsləndirir. Biz bu bəyanatlara necə reaksiya verəcəyimizi düşünməliyik”,- deyə general bildirib.

İsraili İrana qarşı qəti addımlar atacağı ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən general-mayor “Söhbət bizim milli təhlükəsizliyimizdən gedirsə, hə” deyə vurğulayıb.

İsrail ordusunun təmsilçisi Amerikanın etirazlarına baxmayaraq addım ata biləcəyini vurğulayıb: “Əsl müttəfiqlər bilməlidirlər ki, söhbət İsrailin dövlət təhlükəsizliyindən gedir”.

İnterpress.az