Bu il iştirak edəcək ölkələr arasında Türkiyənin adı yoxdur: “Türkiyə Yayım Şirkəti olan TRT yarışma üçün iştirakını vaxtında təsdiqləmədiyinə görə “Eurovision 2015”-də iştirak etməyəcək”.
Qeyd edək ki, 2013-cü ildə səsvermə və püşkatma sisteminə etiraz edən Türkiyə yarışmaya qatılmayacağını açıqlasa da, bir müddət əvvəl TRT-nin baş direktoru Şenol Göka Avropa Yayım Birliyinin üzr istəməsi və TRT-nin tələblərini qəbul etməsindən sonra ölkənin yenidən müsabiqədə iştirak edəcəyini açıqlamışdı.
İnterpress.az