“Fənərbaxça” oyunlardan imtina edirbackend

“Fənərbaxça” oyunlardan imtina edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Reuters”ə istinadən xəbər verir ki, Türkiyənin Futbol Assosiasiyası bu həftə boyunca keçiriləcək matçları ləğv edib.

Bundan əvvəl “Fənərbaxça” hücumla bağlı araşdırma müddəti ərzində Türkiyə çempionatının dayandırılmasına səsləmişdi.

Bu təşəbbüsü bir neçə komanda dəstəkləyib.

Xatırladaq ki, Rize şəhərindən Trabzon aeroportuna yollanan “Fənərbaxça” komandasının avtobusuna hücum aprelin 4-də “Rizespor” klubu ilə görüşdən sonra baş verib.

Atəşə tutulub daşlanan avtobus sürücüsü ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. Futbol klubunun heyəti arasında zərərçəkən olmayıb.

Hücum “Fənərbaxça”nın “Rizespor” komandasına 5:1 hesabı ilə qalib gəldiyi görüşdən sonra baş verib.

İnterpress.az