Çiprasın yeni planı: Almaniya 279 milyardlıq təzminat ödəməlibackend

Çiprasın yeni planı: Almaniya 279 milyardlıq təzminat ödəməli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Yunanıstan baş naziri Çiprasın yenidən gündəmə gətirdiyi məsələ ilə bağlı parlament artıq qərar verib. Hesablamalara görə, Almaniyadan 279 milyard avro təzminat istənilir.

Yunanıstanın maliyyə nazirinin müavini Dimitris Mardas “Faşist Almanyası tərəfindən işğal edilən Yunanıstana dəyən zərərlə bağlı parlamentin alt komitəsi tərəfindən hesablanan məbləği Almaniya ödəməlidir” deyə bildirib.

Almaniya həm hüquqi, həm də siyasi olaraq belə bir borcun mövcud olmadığını deyir. Yunanıstan isə sadəcə işğal təzminatı deyil, həm də yunan xəzinəsindən alınan pulun bugünkü məzənnəsinə uyğun qaytarılması tələbini qoyur.

Tələb olunan məbləğ Yunanıstanın 240 milyard avroluq illik milli gəlirindən daha çoxdur.

Xatırladaq ki, Yunanıstanın 330 milyard avro xarici borcu var. Yunan hökümətinin Almaniya qarşısında qoyduğu məbləğ tələbi isə Almaniyanın illik milli gəlirinin 40 faizidir.

Müharibə təzminatı məsələsini son dəfə Berlinə səfəri zamanı Baş nazir Çipras dilə gətirmiş, Almaniya kansleri Merkel isə bu hesabların bağlandığını vurğulamışdı.

Xatırladaq ki, Çipras seçki öncəsi “Yunan hökuməti bərabər şərtlərdə dürüst bir müzakirə daxilində, dialoq vasitəsilə Avropanın qarşılaşdığı problemlərin həllinə tövhə vermək üçün yorulmadan çalışacaq. Ancaq eyni zamanda Yunanıstana və yunan xalqına qarşı yerinə yetirilməmiş bütün öhdəliklərin də yerinə yetirilməsi üçün səy göstərəcək” deyə bildirmişdi.

İnterpress.az