İnterpress.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, təşkilatın üzvü Pavel Manukyan və təşkilat koordinatorunun qardaşı Toros Sefilyan da polisə aparılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan Xüsusi İstintaq Komitəsi nümayəndələri və polis əməkdaşları təşkilatın ofisində axtarış aparıblar. Onlar əraziyə gələn vəkilə axtarış haqqında sənədi təqdim etməyiblər və onu ofisə buraxmayıblar.
Bundan başqa təşkilatın bir neçə üzvünün, o cümlədən saxlanılan J. Sefilyanın evində axtarış aparılıb.
Xüsusi istintaq komitəsinin məlumatına görə, saxlanılanlar aprelin 24-də “erməni soyqırımının ildönümü” ilə əlaqədar planlaşdırılan tədbirlərdə təxribat törətməyi planlaşdırıblar. Saxlanılanlar silah, döyüş sursatları və partlayıcı maddələrin qanunsuz saxlanılmasında günahlandırılırlar.
İnterpress.az