Manatın ucuzlaşması Sevil Massivini də vurdubackend

Manatın ucuzlaşması Sevil Massivini də vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zərərçəkənlərin İnterpress.az-a verdiyi məlumata görə, vəsaitin geri qaytarılması ilə məşğul olan Xırdalan icra nümayəndəliyi manatın devalivasiyası ilə bağlı qərarında dəyişiklik edib.

Belə ki, zərərçəkənlərə tikinti dayandırılan əraziyə ödədikləri vəsaitin əvəzində sotu 3 min manatdan torpaq təklif edilirdisə, hazırda bu məbləğ 4 min manata qaldırılıb. Ödədiyi vəsaiti geri almaq üçün icra nümayəndəliyinə müraciət edən zərərçəkənlərə bildirilib ki, onlara veriləcək torpağın hər sotu 3 mindən yox, 4 min manatdan hesablanacaq.

Bu qərarla razılaşmayan zərərçəkənlər onlara təklif edilən torpaq sahələrinin tikinti yox, təsərrüfat işlərinin aparılması üçün nəzərdə tutulduğunu bildirərək bu təklifdən imtina edirlər.

Elnarə
İnterpress.az