AXCP qovulan gənclərlə bağlı qərar verdibackend

AXCP qovulan gənclərlə bağlı qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Partiya sıralarından xaric edildikləri ilə bağlı məlumatlar yayılan Ehtiram Mehdiyev və Cavid Musazadənin məsələsinə Rəyasət Heyətinin iclasında baxılıb.

Partiyanın təşkilat şöbəsinin sədri Rafiq Daşdəmirli İnterpress.az-a bildirib ki, məsələ Rəyasət Heyətinin son iclasında müzakirə edilib: “Qərara alındı ki, Suraxanı rayonundan adı çəkilmiş gənclər partiyadan cıxarılmasın. Məsələ aydınlaşdırıldı və belə bir qərar qəbul edildi”.

Məsələdə adı hallanan Fuad Qəhrəmanlının münasibətinə gəlincə, Rafiq Daşdəmirli qərara heç kəsin etiraz etmədiyini vurğulayıb: “Qərar hamı üçün qərardır. Heç kəs narazılıq etmədi”.

Elnarə
İnterpress.az