Yəməndən son xəbərbackend

Yəməndən son xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Robert Ghosen bildirib ki, şəhərə təcili qaydada tibb təchizatının təşkili lazımdır. Bazar ertəsi Yəmənə yardım gətirməli olan uçuş, təşkilatçılıq problemlərinə görə saxlanıb.

Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, münaqişədə indiyədək 540 nəfər həlak olub.

Son aylarda Yəmən bir-birinə düşmən bir neçə qrup arasında gedən döyüşlərin girdabına düşüb.

Əsas münaqişə husi qiyamçıları ilə hazırda Səudiyyəyə sığınmış keçmiş prezident Əbdərrəbuh Mənsur Hadiyə sadiq qüvvələr arasında gedir.

Ədən ölkənin paytaxtı Sanadan cənuba doğru irəliləyən husi qiyamçılarının mühasirəsindədir və Səudiyyə iki həftədir ki, husiləri havadan raket zərbələri ilə hədəfləyir. Ortalıqda qalanlar isə mülki adamlardır.

Heç kim gözə dəymir

“Xəstəxanalara çox sayda artıq ölmüş və ya ölməkdə olan adamlar gətirilir” – deyib cənab Ghosen BBC-nin Today proqramına, – Xəstəxanalarda normal ləvazimat və normal heyət çatışmır. Adamlar gözə dəymirlər. Onlar gizləniblər. İqtisadiyyat tamamilə dayanıb. Küçələr zibillə və uçan binaların daş-kəsəyi ilə doludur”.

Cənab Ghasen deyir ki, şəhər müxtəlif qruplaşmalardan olan silahlı adamlarla doludur. Bu böyük şəhərdir və indi burada heç nə işləmir.

UNİCEF-in məlumatına görə, indiyədək münaqişədə ölənlərin 74-ü uşaqlardır. DST bildirir ki, münaqişədə 1700 nəfər xəsarət alıb.

BQXK bundan əvvəl Ədəndə 24 saatlıq atəşkəsə çağırmışdı. Rusiya da həmçinin hava reydlərinə “humanitar fasilə” verilməsi üçün BMT Təhlükəsizlik Şurasına müraciət etmişdi.
Səudiyyənin rəhbərlik etdiyi koalisiya Beynəlxalq Qırmızı Xaç Komitəsinin tibbi heyət və ləvazimat daşıyan təyyarələrinə enmək icazəsi verib.

Bir sərnişin təyyarəsi sağ-salamat enib, lakin təchizat təyyarəsi təhlükəsizlik mülahizələrinə görə uça bilməyib.

Yəmən: Kim kimlə döyüşür?

Husilər: Şiəliyin Zeydi təriqətinə aid şimallı qiyamçılar ötən il paytaxt Sananı ələ keçiriblər və o vaxtdan bəri nəzarətlərində olan ərazini genişləndirirlər.

Prezident Hadi: Qiyamçılar onun Ədən şəhərindəki istehkamına hücuma başlayandan bəri qaçaraq Səudiyyə Ərəbistanına sığınıb.

Ərəb Yarımadasındakı əl-Qaeda (AQAP): ABŞ tərəfindən əl-Qaedanın ən təhlükəli qopmalarından biri sayılır. AQAP həm husilərə, həm də prezident Hadiyə qarşıdır.

İslam Dövləti: İD-in Yəmən bölümü. Bu yaxınlarda zühur edib və AQAP-ı kölgədə qoymağa çalışır.

Prezident Hadi iki həftə əvvəl qiyamçıların Ədənə hücumu nəticəsində Yəməndən qaçmağa məcbur edilib.

Husilər onların iddiasına görə Hadinin korrupsiyalaşmış hökumətini dəyişmək istəyirlər.

Onlara keçmiş prezident Əli Abdullah Saleh-ə sadiq hərbi qüvvələr dəstək verir. Saleh “Ərəb baharı” inqilabı nəticəsində devrilmişdi.

Səudiyyə Ərəbistanı iddia edir ki, husilərə onun regional rəqibi olan İran dəstək verir. Tehran bu ittihamı rədd edir.

İnterpress.az