Toplantıda Müsavatın etiraz aksiyası keçirməsi ilə bağlı müzakirə aparılıb. Qərara gəlinib ki, 19 aprel saat 16.00 da “20 yanvar” metrostansiyasının yanından başlayaraq Həsən bəy Zərdabi küçəsindən keçməklə, “Məhsul” stadionunda qətnamənin oxunması ilə yekunlaşan yürüş-mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktub ünvanlansın, eyni zamanda birgə aksiyaların keçirilməsi ilə bağlı siyasi-ictimai təşkilatlarla məsləhətləşmələr aparılsın.
Xəbəri “Yeni Müsavat”a Müsavat Partiyası başqanının müavini Elman Fəttah verib.
İnterpress.az