Rusiya və Ermənistanın xarici işlər nazirləri görüşübbackend

Rusiya və Ermənistanın xarici işlər nazirləri görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

45 dəqiqə davam edən görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Ermənistanın Rusiyanın etibarlı müttəfiqi olduğunu söyləyən S. Lavrov görüşdə hərbi-texniki əməkdaşlığın gücləndirilməsinin müzakirə edildiyini bildirib. O qeyd edib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olması iki ölkə arasındakı iqtisadi əlaqələri daha da gücləndirəcək.

S. Lavrov onu da əlavə edib ki, Rusiya Ermənistana Atom Elektrik Stansiyasının enerji blokunun istismarı müddətinin artırılması üçün maliyyə vəsaiti ayıracaq: “Rusiya və Ermənistan Metsamor AES-in istismarının 2026-cı ilədək uzadılması haqqında hökumətlərarası müqavilə imzalayıblar. Tərəflər razılığa gəlib ki, maliyyələşmə Rusiyanın Ermənistana verdiyi kredit hesabına həyata keçiriləcək. Rusiya hökuməti 2014-cü ilin sonunda Ermənistana 15 illik müddətə bu məqsədlə 270 milyon dollar kredit ayırıb. 2017-ci ildə işə başlamaq planlaşdırılır”. ( apa )

İnterpress.az