Hadisə Naxçıvani küçəsi 30/68 ünvanında yerləşən qarajda qeydə alınıb. Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Təhmasib Saleh oğlu Mirzəyev həyat yoldaşı, 1991-ci il təvəllüdlü Nigar Hümbət qızını Mirzəyevanı bıçaqladıqdan sonra özünə qolundan xəsarət yetirib. O, damarlarını kəsib. Hər iki yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Polisdən T. Mirzəyevin həyat yoldaşı ilə aralarında münaqişə olduğu və onların boşanmaq üçün məhkəməyə müraciət etdikləri bildirilib. Hazırda faktla bağlı araşdırma aparılır. ( apa )
İnterpress.az