“Xaç atası”nın emissarı olan biznesmen saxlanıldıbackend

“Xaç atası”nın emissarı olan biznesmen saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Özbəkistan mətbuatına istinadən bildirir ki, Хusan Moskovski kimi tanınan avtoritet icazəsiz kənd təsərrüfatı məhsulları gətirməkdə və qara bazarda valyutaya nəzarət etməkdə günahlandırılır.

Onunla bərabər daha bir neçə nəfərin həbs edildiyi də yayılan məlumatlar arasındadır.

Ziyaməhəmmədov Ded Xasanın Özbəkistandakı nümayəndəsi hesab edilib. Onu bu “vəzifəyə” Ded Xasan özü təyin edib.

Saxlanılan avtoritet Rusiya kriminal aləminin nümayəndələrinin Özbəkistanda sərbəst fəaliyyəti üçün “yaşıl işıq” yandırılmasının təşkilatçısı olub.

Bütün həyatını kriminal aləmdə keçirən Ziyaməhəmmədov özü “taclandırılmayıb”. Buna baxmayaraq dəfələrlə “sxodka”larda saxlanılıb. O, hətta 2008-ci ildə Ded Xasanla birlikdə “Anit” restoranında həbs olunub.

İnterpress.az