Xırdalanda 11-ci sinif şagirdi qaçırılıbbackend

Xırdalanda 11-ci sinif şagirdi qaçırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 22-də qaçırılan Aynurə Əliyeva (ad şərtidir) artıq 2 aya yaxındır kki, dərslərdə iştirak etmir. Qaçırılan qızın anası Təhminə Vəliyeva şikayət ərizəsi ilə Xırdalan polisinə müraciət etsə də, qız hələ evə qaytarılmayıb.

Təhminə Vəliyeva qızının qaçırılması ilə bağlı “Təmiz dünya” İctimai Birliyinə müraciət edib. Təşkilatın rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, qızı qaçıran tərəf hazırda toya hazırlaşdığını bildirib: “Dediklərinə görə qız öz arzusu ilə gəlib. Ancaq 2 aya yaxındır ki, dərsdən yayınır, məktəb də ailədən qızı dərsə göndərməyi tələb edir. Ailəsi qızın dərhal evə qaytarılmasını istəyir, ancaq hələlik polisə şikayət heç bir nəticə verməyib”.

Elnarə
İnterpress.az