İnterpress.az xəbər verir ki, ilkin məlumatlara görə, ABŞ-ın mərkəzi-qərb bölgələrini iki gündür təsiri altına alan və sürəti saatda 115 kilometrə catan qasırğa 1 adamın ölümünə, 7 adamın xəsarət almasına səbəb olub.
Cümə axşamı günü Lova əyalətində, çərşənbə günü isə Oklahoma, Kanzas və Missuridə baş verən burulğan nəticəsində səmadan tennis topu böyüklüyündə dolu yağıb.
Burulğanın yaşayış mərkəzlərində baş verməməsi insan tələfatının qarşısını alıb. Dağıntılar arasında aparılan axtarış tədbirlərindən sonra ölü və ya yaralı sayının artacağı ehtimal olunur.
İnterpress.az