İran yunan-Roma güləşçiləri Bakıda təlim-məşq toplanışında – VİDEObackend

İran yunan-Roma güləşçiləri Bakıda təlim-məşq toplanışında – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında yığma komandanın bütün üzvləri təlim-məşq toplanışında iştirak edir. Təlim-məşq toplanışına İran İslam Respublikasının yunan-Roma güləşçiləri də qoşulub.

7 idmançı və 5 məşqçi ilə təlim-məşq toplanışına qatılan İran yığmasının heyətində Dünya və Asiya çempionatlarının mükafatçıları Mehdi Zeidvand (66 kq), Said Murad Abdvali (71 kq), Abdulmuhammed Papi (59 kq), Hassan Zeidvand (66 kq) da var.

Birgə təlim-məşq toplanışı 3 həftə davam edəcək.

İnterpress.az