Müsavat bu gün BŞİH-ə müraciət edəcəkbackend

Müsavat bu gün BŞİH-ə müraciət edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a partiyanın Divan üzvü Razim Əmiraslanlı bildirib. Onun sözlərinə görə, müraciət hazırdır və bu gün təqdim ediləcək: “Ümid edirik ki, icra hakimiyyəti yürüşlə bağlı müraciətə müsbət cavab verəcək”.

Yürüşlə bağlı hazırlqıların davam etdiyini deyən Razim Əmiraslanlı “ Rayon təşkilatları və partiyanın digər strukturlarında yığıncaqlar keçirilərək üzvlərə tapşırıqlar verilir”.

Xatırladaq ki, Müsavat Partiyası aprelin 19-da yürüş keçirmək barədə qərar qəbul edib.

Yürüş aprelin 19-da saat 16-da metronun “20 Yanvar” stansiyasının qarşısından başlayaraq Həsən bəy Zərdabi küçəsi ilə davam edəcək və Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş \”Məhsul\” stadionu) qətnamənin oxunuşu ilə başa çatacaq.

Elnarə
İnterpress.az