Fövqəladə Hallar Nazirliyi Bakıda doqquz mərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.
interpress.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğın nəticəsində binanın divar üzlüyü, ayrı-ayrı vətəndaşlara məxsus mənzillərin və eyvanların yanar konstruksiyaları ümumilikdə 2149 kv.m sahədə yanıb. Yanğın zamanı 140 nəfər bina sakini yanğınsöndürənlər və xilasedicilər tərəfindən təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Güclü yanğın söndürüldü.
Zığ şossesi 16 ünvanında yerləşən 9 mərtəbəli ümumi yaşayış binasında baş verən güclü yanğın söndürülüb.
Əraziyə cəlb olunmuş FHN-nin canlı qüvvəsi və texnikası yanğının digər ərazilərə keçməsinin qarşısını alıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Sakinlərin hamısı təxliyyə olunub.
***
Yanğının söndürülməsi üçün hadisə yerinə cəlb olunan FHN-in yanğınsöndürən maşınlarının sayı 20-yə çatıb. 6 Təcili Tibbi Yardım maşınıda cəlb olunub. Yanğının söndürülməsi işləri davam etdirilir. Güclü külək yanğının söndürülməsinə mane olur.
***
İnterpress.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Zığ yolu 16 ünvanında ( Nargilə kafesinin arxasında ) yerləşən 9 mərtəbəli ümumi yaşayış binasının üzlənməsində istifadə olunan penaplast material bilinməyən səbəblərdən alışıb. Tez alışan material olduğu üçün binanı bir anda yanğın bürüyüb. Hadisədən xəbərsiz olan sakinlər yanğının həyəcanından özlərini bir anda küçəyə atıblar.
Qısa vaxt ərzində təmiri bitmiş binanın üz örtüyü tamamən yanaraq yararsız hala düşüb. Yanğın hazırda davam edir. Hadisə yerinə gələn FHN-in 12 yanğınsöndürən maşınları yanğını söndürməyə cəhd edirlər. Həyəcandan özlərini küçəyə atan sakinlər övladlarının içəridə qaldığı üçün təşviş halındadılar. İlkin məlumatlara görə hal-hazırda yanğından xəsarət alan yoxdur.
Ətraflı məlumat veriləcək.
İnterpress.az
https://youtube.com/watch?v=fOYgNWiZFhUhttps://youtube.com/watch?v=GPeiZnXUJWM