Hadisə Nardaran qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 22 yaşlı Dilavər Fərəcov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, iki bıçaq xəsarəti ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan APA-ya verilən məlumata görə, Dilavər Fərəcovun vəziyyəti ağırdır, əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
İnterpress.az