1803-cü ildə Çar Rusiyası Car-Balakəni zəbt etmək üçün ilk addımı atıb
1823-cü ildə rus dramaturqu Aleksandr Ostrovski dünyaya gəlib
1889-cu ildə xanəndə Seyid Şuşinski dünyaya gəlib
1907-ci ildə məşhur dramaturq, folklorşünas Məmmədhüseyn Təhmasib anadan olub
1928-ci ildə Azərbaycan yazıçısı İsa Hüseynov anadan olub
1933-cü ildə ispan opera müğənnisi Monserrat Kabalye anadan olub
1945-ci ildə ABŞ prezidenti Franklin Delano Ruzvelt vəfat edib (d.30 yanvar 1882)
1955-ci ildə aktyor, Azərbaycanın xalq artisti Fəxrəddin Manafov anadan olub
1956-cı ildə amerikalı aktyor Endi Qarsia dünyaya gəlib
1961-ci ildə ilk dəfə rus kosmonavtı Yuri Qaqarin kosmosa uçub
1985-ci ildə Şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster Şəhriyar Məmmədyarov anadan olub
1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov vəfat edib (d.22 aprel 1946)
İnterpress.az