Bu yol bağlandıbackend

Bu yol bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Böyükşor qovşağının qarşısından şəhər istiqamətində mövcud asfalt-beton örtüyünün üst qatının frez mexanizmi vasitəsilə qaşınaraq çıxarılması işləri davam etdirilir.

Paralel olaraq Bağırov körpüsünün ətrafında yağış kanalizasiya sisteminin quraşdırılması üçün müvafiq işlər aparılır.

Məlumatda o da bildirilir ki, Heydər Əliyev prospektinin şəhər istiqamətindən Böyükşor qovşağına qədər olan hissəsinin aprelin 12-dən aprelin 13-ə keçən gecə bağlanması nəzərdə tutulsa da, “Azəryolservis” ASC planlaşdırılan qrafiki qabaqlamaq məqsədilə həmin hissədə nəqliyyatın hərəkətini dayandıraraq təmir işlərinə start verib.

İnterpress.az