Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov bildirib.
Onun sözlərinə görə, regionda ən iri məlumat-işləmə mərkəzinin istismara verilməsi bir çox dünya internet nəhənglərinə, sosial şəbəkə operatorları və digər beynəlxalq kampaniyalara yerli ofislər açmağa imkan verəcək:
“DATA-mərkəzdə quraşdırılan serverlər trafik generasiyasını sürətləndirəcək ki, bu da istifadəçilərin kontentə çıxışını asanlaşdıracaq, internet xidmətlərinin ucuzlaşmasına xidmət edəcək”.
Azərbaycanda regional DATA-mərkəz bu ilin iyun ayında istifadəyə veriləcək.
İnterpress.az