QHT sədri, internet-media eksper Səbuhi Abbasov məsələ ilə bağlı sərt reaksiya verib. Bu addımdan ermənilərin daha böyük zərbə alaçağını deyən S.Abbasov bu işdə Türkdilli dövlətlərin birgə fəaliyyətinin vacib olduğunu dedi: “Roma Papası Fransisk bu çıxışı ilə dünyada, xüsusəndə, türkdilli ölkələrdə az-çox olan hörmətini, etimadını tamamilə sarsıltdı. Qondarma soyqırım məsələsində Türkiyə kifayət qədər ciddi təklif irəli sürüb: BİZİM ARXİVLƏRİMİZ DÜNYA ALİMLƏRİNİN, TARİXÇİLƏRİNİN ÜZÜNƏ AÇIQDIR. Ermənilərin bu təklifi rədd etməsi başadüşüləndi. Çünki söhbət qondarma soyqırımdan gedir. Görünür Roma Papası da şou üzərindən dünya gündəmində qalmaq niyyətindədir. Əks halda bu qədər yalnış və səfeh addım atmazdı. Dini lider birmənalı şəkildə ölkələr arasında sülhə, əmin-amanlığa xidmət etməlidir. Roma Papası isə tamamilə əks mövqe ortaya qoydu. Bununlada ermənilərə azda olsa Türkiyə tərəfindən nəzərdə tutulan güşəştlərin “kitabı” bağlandı. Bir məqamı xüsusilə vurğulayım ki, Papanın münasibəti birbaşa olaraq Sarkisyanın niyyətinin təcəssümüdür. Çünki Ermənistan səfalət içindədir, əhalisi ölkəni tərk edir, xalq-hakimiyyət uçurumu dərinləşir. Belə bir məqamda Papanın mövqeyi, əslində, fiaskoya uğramış Sarkisyan hakimiyyətinin süni şəkildə qorunmasına və diqqətin başqa məcraya yönəldilməsinə xidmət edir. Burada təəccüblü bir məqam yoxdur. Artıq ikili standart, dini ayrı-seçkilik dünyaya, xüsusən də, İnkişaf Etmiş ölkələrdə dövlətin əsas strateji siyasətinə çevrilib. Məhz buna görə 3-4 nəfəri öldürən müsəlmana terrorist, 300 nəfəri təyyarə qəzasında öldürən xriastiana isə psixoloji xəstə deyirlər. Və yaxudda Azərbaycanda olmayan hadisələrə görə “Heyvan soyqırımına son” deyə qışqıran beynəlxalq təşkilatlar ABŞ-da qaradərili insanların it kimi öldürülməsinə göz yumurlar. Mən Roma Papasını ədalətə göz yummamağa çağırıram. Əgər Cənab Fransisk dünyada ədalət simvoludursa o zaman əvvəlcə Xocalı və Ağdaban faciələrini də soyqırım kimi tanısın”
Azərbaycan QHT və media nümayəndələrinin bu məsələdə həssas olmasının vacibliyindən danışan S.Abbasov Türkiyənin qardaş dəstəyinə ehtiyacı olduğunu vurğuladı.
İnterpress.az