Hadisə Bayıl qəsəbəsində qeydə alınıb. 1970-ci il təvəllüdlü Rafiq Ağayevin meyiti yaşayış binalarının yanında yerləşən meydançada aşkar edilib. Onun qətlə yetirildiyi məlum olub.
Həyata keçirilən tədbirlər nəticəsində qətli törədən şəxsin 1970-ci il təvəllüdlü Vladimir Kopyorkin olması müəyyən edilib və o saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Qeyd olunub ki, hadisəni törədən və qətlə yetirilən şəxslərin hər ikisi tüfeyli həyat tərzi keçirib. ( apa )
İnterpress.az