İran Yəmənə silahı belə göndərir – FOTObackend

İran Yəmənə silahı belə göndərir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az İran mətbuatına istinadən xəbər verir ki, İran rəsmiləri Yəmənə hərbi yardımı inkar etsə də, bunu sübut edən bir çox dəlillər var.

“EL-ARABİYE”nin yaydığı məlumata görə, ötən həftə İnqilab Keşikçiləri Ordusunun iki zabiti Yəmən əsgərləri tərəfindən yaxalanıb. Hər iki zabitin husilərə hərbi təlim keçdiyi iddia edilir.

Qeyd edək ki, Yəmən rəsmiləri 2013-cü ildə İranın bu ölkənin müxalifətinə silah göndərdiyini bildirərək BMT Təhlükəsizlik Şurasına müraciət edib.

“İRANBRİEFİNG”in araşdırmasına görə isə, İrandan Yəmənə silahlar “PUYA AİR LİNE” şirkəti vasitəsiylə göndərilir. İranda fəaliyyət göstərən hava yolları şirkəti İnqilab Keşikçiləri Ordusuna məxsusdur. Şirkət yeni yaradılsa da, artıq kəşfiyyat və təhlükəsizlik xidmətlərinin diqqətini cəlb edib.

Şirkət 2013 -cü ildə Yəmənə silah daşıdığına görə ABŞ-ın embarqo siyahısına daxil edilib. Yükdaşıma şirkəti olduğuna görə Yəmənə silah və raket sistemi göndərilməsinin bu şirkət vasitəsilə həyata keçirildiyi bildirilir.

Son günlər İranın Yəmən sularına iki döyüş gəmisi göndərdiyinə dair məlumatlar yayılıb. İnqilab Keşikçiləri Ordusunun internet saytında həmin gəmilərin İranın təhlükəsizliyini qorumaq məqsədilə göndərildiyinə dair açıqlama verilib. Ancaq mütəxəssislərin fikrincə, bu gəmilər husilərə silah aparıb.

İran Yəmənə silahı belə göndərir - FOTO

İran Yəmənə silahı belə göndərir - FOTO

İnterpress.az