Bunu İnterpress.az-a təşkilatın sədri Rövşən Dəmirli bildirib.
Rövşən Dəmirlinin sözlərinə görə, iclas Mərkəzi Nəzarət Təftiş Komissiyasının qərarı ləğv etməsi ilə bağlı deyil: “Biz şura iclası keçirəcəyik, lakin MNTK -nın qərarına görə yox, sadəcə sıradan bir iclas kimi”.
İclasda Vurğun Əyyubun namizədliyinin təkrar irəli sürüləcəyini deyən Rövşən Dəmirli ötən iclasın nəticələrindən narazı qalan və MNTK-ya şikayət edən şəxslərin də iclasa dəvət ediləcəyini bildirib: “Aprel ayı ərzində iclas keçirəcəyik. Biz həmin şəxsləri də dəvət edəcəyik, gəlib gəlməyəcəklərini bilmirik. Çünki bizim üçün az fərq edir”.
Xatırladaq ki, MNTK Suraxanı rayon təşkilatının martın 27-də keçirilən Şura iclasının qərarlarını ləğv edib. Ləğv edilən Şura iclasının qərarına əsasən, 30 saylı seçki dairəsindən Vurğun Əyyubun, 31 saylı dairədən Fəxrəddin Əhmədin, 32 saylı dairədən isə Xatirə Allahverdiyevanın namizədliyi irəli sürülüb.
Elnarə KƏRİMOVA
İnterpress.az