İnterpress.az “Bild” qəzetinə istinadən xəbər verir ki, tədqiqat “Milan Humanitas” Araşdırma Mərkəzinin urologiya şöbəsi tərəfindən aparılıb və prostat xərçəngi diaqnozunda itlərin sürətli, ən uyğun seçim ola biləcəyini ortaya qoydu.
Təcrübədə iki alman çoban itindən istifadə olunub. Məlum olub ki, itlər prostat xərçənginin diaqnozunu 98 faiz düzgün təyin edir. Nəticələr “Journal of Urology”də yayımlanıb.
Sidik iyləyərək diaqnoz təyini
360 nəfəri xərçəng xəstəsi olan, ümumilikdə 900 adamın idrarını itlərə iylədilib. Məlum olub ki, itlərdən biri 98,7 faiz, digəri isə 97,6 faiz nisbətində xərçəngli şəxslərin idrarlarını doğru təsbit edib.
İnsanlara görə iyləmə qabiliyyətləri 1000 dəfə daha güclü olan itlərin, xüsusi təlimlərlə, bir neçə saniyə içərisində mikro maddələri təsbit edə bildikləri müəyyən olunub.
Həkimlər nəticələri ümidverici olaraq xarakterizə edib.
İtlərin az qala qəti bir şəkildə prostat xərçəngini diaqnoz edə bilmələrinə baxmayaraq, mütəxəssislər bu mərhələdə xəstələr üçün narahatlıq vericiolsa da, qan testləri, fiziki müayinə ya da biopsi kimi tibbi üsulları təklif edir.
İnterpress.az