“Dağlıq Qarabağ məsələsi Avropanı narahat edir”backend

“Dağlıq Qarabağ məsələsi Avropanı narahat edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə bir bəyanatla İrəvanda Avropa Şurasının Parlament Assambleyasının rəhbəri Ann Brassör çıxış edib.

“Qarabağ hamımız narahat etməlidir. Çünki bu məsələ 47 dövlətdən ibarət Avropa ailəsinin vətəndaşlarına aiddir. Dialoq problemin həllinin tapılacağı yeganə çıxış yoludur. Zorakılıq heç vaxt cavab qismində çıxış etməməlidir”, – deyə o vurğulayıb.

AŞPA-nın münaqişənin nizamlanmasına töhfə vermək məqsədilə məruzə hazırlayacağını deyən A. Brassör bildirib ki, müvafiq sənədin ATƏT-in Minsk qrupunun davam etdirdiyi prosesə müdaxiləsi olmayacaq.

AŞPA rəhbəri qeyd edib ki, məruzənin balanslı olması üçün Ermənistanın AŞPA-dakı nümayəndə heyəti prosesdə iştirak etməlidir.

Qeyd edək ki, İrəvana səfər çərçivəsində A. Brassör Ermənistan prezidenti, xarici işlər naziri, parlament sədri və baş nazirlə görüşəcək.

İnterpress.az