İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonu, Digah kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus \”Ford\” markalı yük avtomobilinin hasara çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.
Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
İnterpress.az