İmzalanan sərəncam Rusiya ərazisindən hava yolu da daxil olmaqla C-300 zenit-raket sistemlərinin daşınmasına qoyulan yasağı bütünlüklə götürür.
Xatırladaq ki, 2007-c ildə Tehranla Moskva arasında imzalanan kontrakta əsasən, Rusiya İran tərəfinə dəyəri 800 milyon dollar olan 5 divizion C-300 PMU-1 sistemləri verməli idi. Lakin BMT-nin 2010-cu ildə qəbul elədiyi sanksiyalar səbəbindən Rusiya-İran müqaviləsinin icrası dayandırılmışdı.
İnterpress.az