Parlamentdə yanan bina müzakirəsibackend

Parlamentdə yanan bina müzakirəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, binalar süni fasadlarla üzlənməməlidir. “Bu materialları kim gətirir? Təsəvvür edin bir anın içərisində bütün bina alışdı. Bu zəhərli, tez alışan maddələr şəhərdə əksər binalara vurulur. Bu binlara bir gecənin içərisində təxribat nəticəsində yandırıla bilər. Xahiş edirəm, aiddiyyatı orqanlar qarşısında bu problem qaldırılsın və həmin tez alışan maddələrin binaların fasadına çəkilməsi qadağan edilsin”, – deyə o bildirib.

İqbal Ağazadə söyləyib ki, Xətai rayonundakı hadisə gecə vaxtı olsaydı, daha böyük fəsadlar yaranacaqdı.

“Bu binada 403 nəfər yaşayırdı. Yaxşı ki,hadisə günorta saatlarında baş verdi. O yanğına baxanda adam dəhşətə gəlir. İnsanlar zəhərlənə, xəsarət ala bilərdilər”.

İnterpress.az