Bunu İnterpress.az-a hərəkatın təmsilçisi və Müsavat Partiyası Qadınlar Birliyinin rəhbəri Ellada Məmmədli bildirib.
Ellada Məmmədlinin sözlərinə görə, aprelin 13-də ADR-in Gədəbəydə təşkilat komitəsi yaradılıb: “Daha 5 rayondan müraciət var. Yaxın zamanda qərb bölgəsində təşkilat komitəsinin toplantısı planlaşdırılır”.
Hazırda rayon təşkilatlarının sayının 37-yə çatdığını deyən Ellada Məmmədli ADR üzvlərinin sayı ilə bağlı dəqiq rəqəm söyləməyin mümkün olmadığını bildirib: “Üzvlərin sayı ilə bağlı dəqiq rəqəm söyləmək mümkün deyil. Yerlərdə qəbul davam edir, təsis konfranslarına hazırlıq aparılır. Hazırda əsas işimiz təşkilatlanma ilə bağlıdır”.
Elnarə KƏRİMOVA
İnterpress.az