Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) məlumat verilib. Bildirilib ki, rayonun Bala Şürük kənd sakini, 1987-ci il təvəllüdlü Vidadi Dadi oğlu Əliyev aprelin 8-də saat 9.00 radələrində yaşadığı ünvandan naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. İtkin düşmüş şəxsin boyu 169 sm, orta bədən quruluşlu, ailəli, gözləri göy rəngində, saçları isə qara rəngdədir.
Hazırda Lənkəran ŞRPŞ-nin əməkdaşları itkin düşən şəxsin axtarışlarını davam etdirirlər.
Onu görən və ya yerini bilənlərdən (02525) 4-83-38, 4-83-20, (50) 542-37-02 və (051) 911-28-28 nömrələrinə zəng vurmaları xahiş olunur.
İnterpress.az