Bunu İnterpress.az-a partiyanın Divan üzvü Razim Əmiraslanlı bildirib.
Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti yürüşü məqsədəuyğun hesab etməsə də partiya qərarında israrlıdır: “Bu gün BŞİH-dəki görüşlə bağlı partiyada müzakirə aparıldı. Qərara aldıq ki, müraciətimizə rəsmi cavab verildikdən sonra münasibət bildirək. O zaman qədər isə yürüş keçirməklə bağlı qərarımız qüvvədədir”.
Elnarə Kərimova
İnterpress.az