Göyçayda mənzilə basqın olubbackend

Göyçayda mənzilə basqın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə aprelin 14-də gecə saat 3:00 radələrində rayonun Bığır kəndində qeydə alınıb. Naməlum şəxslər 1950-ci il təvəllüdlü Kərimova Almaz Rəhim qızının evinə oğurluq məqsədilə daxil olublar. Ev sahibi qəflətən yuxudan oyanaraq mənzildə maskalı şəxslərin axtarış apardığını görüb. Qadın müqavimət göstərmək istəyərkən həmin şəxslər ona yumruq və ayaq zərbələri ilə xəsarət yetiriblər və əl-ayağını kəndirlə, ağzını isə yapışqan kağızla bağlayıblar. Həmçinin onlar ev sahibinin qızı, 1969-cu il təvəllüdlü Kərimova Solmaz Səhrab qızının da ağzını və əl-ayağını bağlayaraq mənzildə axtarış aparıblar. Solmaz Kərimova ağzındakı yapışqan kağızı cıraraq qışqırıb və qonşuları köməyə çağırıb. Həmin şəxslər evdən heç nə götürə bilməyiblər və mənzili tərk edərək qaçıblar. Ev sahibinin sözlərinə görə, onlar iki nəfər olub.

Qeyd edək ki, ev sahibinin 4 oğlu var və hazırda onlar Rusiyanın Rostov şəhərində ticarətlə məşğuldurlar.

Hazırda basqınçıların tutularaq istintaqa təhvil verilməsi üçün Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

İnterpress.az