“Azərbaycanla Serbiya bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe dəyişməz qalır”backend

“Azərbaycanla Serbiya bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe dəyişməz qalır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, O. Əsədov bu səfərin iki ölkə arasındakı əlaqələrin inkişafına yeni töhfə verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan-Serbiya münasibətlərinin inkişafında dövlət başçılarının rolunu önə çəkən spiker bildirib ki, iki ölkə arasında indiyədək 25 sənəd imzalanıb və iqtisadi münasibətlərimizin inkişafı üçün geniş potensial mövcuddur. O qeyd edib ki, ölkələrimiz arasında imzalanmış bu sənədlər münasibətlərimizin hüquqi bazasını təmin edir, siyasi və iqtisadi inkişafa dəstək verir.

O. Əsədov diqqətə çatdırıb ki, Azərbaycan böyük iqtisadi layihələrdə iştirak edən ölkədir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir.

Söhbət zamanı qeyd olunub ki, hər iki ölkə müharibənin, ərazi bütövlüyünün pozulmasının nə olduğunu bilir. Buna görə də ölkələrimiz bu istiqamətdə bir-birilərini daha yaxşı başa düşür və beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyir.

Söhbət zamanı qonağa Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib. O. Əsədov Serbiyanın 2015-ci ildə ATƏT-ə sədrlik edəcəyi dövrdə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olacağına inamını ifadə edib.

A. Vuçiç isə bildirib ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe dəyişməz olaraq qalır. Qonaq qeyd edib ki, səfər çərçivəsində keçirilən görüşlər ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsinə xidmət edir.

Söhbət zamanı qeyd olunub ki, Serbiyada bir sıra Azərbaycan şirkətləri uğurla fəaliyyət göstərir və investisiya yatırırlar. Diqqətə çatdırılıb ki, bu münasibətləri daha da intensivləşdirmək üçün iki ölkə arasında birbaşa təyyarə reyslərinin açılması faydalı olar.

Sonra görüşdə tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin Serbiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Məlahət İbrahimqızı, Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənov, Serbiyanın ölkəmizdəki səfiri Neboyşa Rodiç və digər rəsmi şəxslər iştirak ediblər.

İnterpress.az