İraq, İŞİD-dən ərazilərin “dörddə birini geri alıb”backend

İraq, İŞİD-dən ərazilərin “dörddə birini geri alıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polkovnik Steve Warren bildirib ki, gedişatın dəyişdiyini demək çox tezdir, lakin hava hücumları və İraqın quru qoşunları “şübhəsiz müəyyən zərbə vurub”.
İD, keçən iyun ayında İraqın şimal və qərbindəki böyük əraziləri ələ keçirmişdi.

Bəyanat, İraqın baş naziri ilə prezident Barack Obama arasında Vaşinqtonda planlaşdırılan danışıqlardan öncə səslənib.

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, ABŞ-a getməzdən öncə, Heydər əl-Abadi deyib ki, o, İD-yə qarşı koalisiya hava hücumlarının artırılmasını istəyir.

Polkovnik Warren bazar ertəsi Vaşinqtonda keçirilmiş mətbuat konfransında bildirib ki, İD son səkkiz ay ərzində İraqda təxminən 25-30 faiz arası ərazini itirib. Bu da 12,950-15,540 kvadrat kilometrə bərabərdir.

Koalisiya və dövlət qüvvələri “şübhəsiz İD-nə müəyyən zərər yetirib və onların əhəmiyyətli dərəcədə geri çəkilməsinə nail olub,” – hərbçi deyib.
Pentaqonun xəritəsində cihadçı qrupun “əvvəllər nəzarət etdiyi böyük əraziləri itirdiyi” və Ərbil, Babil, Bağdad və Kərkük əyalətlərində sərhəd xəttinin, ərazidən asılı olaraq ya qərbə, ya da cənuba çəkildiyi görünür, Warren əlavə edib.

Tikritin şimalındakı dəhliz “əsaslı şəkildə dost qüvvələr tərəfindən geri alınıb” və şəhərin “tezliklə” döyüşçülərdən təmizlənəcəyi gözlənilir, o bildirib.

Bayci şəhəri və yaxınlıqdakı neft emalı zavodu hələ də mübahisəlidir və hava hücumlarının hədəfində olmağa davam edəcək.

Cənab Abadi həmçinin keçən həftə İD döyüşçülərinin ölkənin ən böyük əyaləti, Ənbardan çıxarılması üçün yeni hücumun həyata keçirildiyini də bəyan edib.

Lakin İD buna cavab olaraq əyalətin paytaxtı Ramadi yaxınlığında iki qəsəbəni dağıdıb.

İnterpress.az