İŞİD liderinin adı ölkəni qarışdırdıbackend

İŞİD liderinin adı ölkəni qarışdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir ki, İraqa 330 əsgər göndərən Avstraliyanın müdafiə naziri Kevin Andreas Əl-Bağdadinin adını bilməyib.

İŞİD-lə mübarizə üçün İraqa əsgər göndərəcəklərini deyən nazir bu çıxışından cəmi bir neçə saat sonra televiziya proqramında iştirak edib. Ancaq proqramda Əl- Bağdadinin adını bilməməsi ilə diqqət çəkib. Bu isə müharibə aparılan düşmənlə bağlı nazirin kifayət qədər məlumatlı olmaması barədə müzakirələrə səbəb olub.

Nazir Kevin Andreas “İŞİD-ə kim rəhbərlik edir?” sualına cavab verə bilməyib. Nazir sualı “yola vermək” üçün İŞİD-i bir qrupun idarə etdiyini bildirib. Ancaq proqramın aparıcısı naziri suala açıq cavab verməyə məcbur etmək üçün təhrikedici suallar verib.

Aparıcı “İŞİD liderinin başına mükafat təyin edilir, ölkəmiz onunla döyüş üçün əsgər göndərir, amma nazir olaraq siz onun adını bilmirsiniz. Həmin adamın başına ABŞ 10 milyon dollar qoyub” deyərək naziri tənqid edib”.

İnterpress.az