Səhiyyə Nazirliyi özəl tibb müəssisələrini cəzalandırıbbackend

Səhiyyə Nazirliyi özəl tibb müəssisələrini cəzalandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özəl tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və qanunsuz tibbi xidmətlər göstərilməsinin qarşısının alınması istiqamətində 2015-ci ilin I rübündə nəzarətin gücləndirilməsi davam etdirilib. Həmin dövrdə keçirilmiş yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkarlanıb və bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülüb.

Aparılmış yoxlamalar nəticəsində 10 tibb müəssisəsində əhaliyə tibbi xidmətinin göstərilməsi zamanı nöqsanlara yol verildiyi və mövcud normativlərin tələblərinə riayət edilmədiyi aşkarlanıb. Onlardan 4 tibb müəssisəsinə nöqsanların aradan qaldırılması barədə xəbərdarlıq edilib, 4 tibb müəssisəsinin lisenziyasının fəaliyyəti yoxlamalar zamanı aşkarlanan nöqsanlar aradan qaldırılanadək dayandırılıb, 1 müəssisənin stasionar tibbi xidmət üzrə bir sıra işləri, digərinin isə tam olaraq stasionar xidməti ləğv edilib.

Eyni zamanda, xüsusi razılıq (lisenziya) olmadan tibb fəaliyyəti ilə məşğul olan və ya mövcud lisenziyanın əlavəsində göstərilənlərdən kənar işlər həyata keçirdiyinə görə 10 özəl tibb müəssisəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsinə uyğun olaraq, inzibati tənbeh növü kimi cərimə tətbiq edilib (ümumilikdə 155 000 manat məbləğində).

Özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmiş şəxslərin siyahısı, eləcə də müvafiq lisenziyalar üzrə həmin şəxslərə həyata keçirmək hüququ verilmiş işlər və xidmətlər haqqında məlumatı Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsindən (http://sehiyye.gov.az/sehiyyede_ozel_sektor.html) əldə etmək mümkündür.

Səhiyyə Nazirliyi xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən və lisenziyasının əlavəsində müvafiq iş və xidmətlər qeyd edilməyən müəssisələrə müraciət etməməyi, bununla özünüzün və yaxınlarınızın həyat və sağlamlığını təhlükə altına qoymamağı tövsiyə edib.

İnterpress.az