İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həbs edilən şəxs Moskvada bir neçə binesmenin güllələnməsində iştirakı olub. Cinayət işinin materillarına görə, Plotnikov azı 5 biznesmenin güllələnməsində iştirak edib. Onlardan biri “RLD” şirkətinin 47 yaşlı sahibi İqor Kamının olub. Qatıl binesmeni 2011-ci il oktyabrın 24-də onun avtoservisinin düz qarşısında güllələyib. 7 güllə yarası alan biznesmen elə yerindəcə ölüb.
Rusiya DİN-in məlumatına görə, hadisələrdən sonra Ukraynanın 2 vətəndaşı saxlanılıb. Denis Plotnikov hadisələrlə əlaqəsinin olmadığını bildirib. O, ancaq killerlə bir otaqda yaşadığını etiraf edib.
Bununla belə bildirilir ki, Plotnikov və onun yoldaşı yüksək vəzifəli dövlət məmurunun ştatlı killeri olub. Hazırda sifarişçinin kimliyi araşdırılır.
İnterpress.azhttps://youtube.com/watch?v=lzwJWk4sqns