Başqalarının Eyiblərini Örtməkbackend

Başqalarının Eyiblərini Örtmək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hz.Məhəmməd (s.ə.v.v): \” Müsəlman bir qardaşının eyiblərini örtən ,bir ölünü diriltmiş kimidir.\”

İnsanların qüsurlarını örtmək, başqalarına açıqlamamaq böyük ləyaqətdir. Bunun əleyhinə qüsurları yaymaqdır ki fəlakətlərə səbəb olur. Başqalarının qüsurlarını onların arxalarından söyləmək qeybətdir. Belə ki, bir kimsənin arxasından boyuna, paltarına, yeyib-içməsinə, gəzib-yeriməsinə qədər bir qüsurunu dil, göz və ya əl ilə işarə edərək göstərmək də bir qeybətdir.

Çünki insanın bunları öyrənincə təəssüf etməsinə şübhə yoxdur. Başqalarına onların etmədikləri işləri yükləmək də böhtandır. Edilən qeybət və böhtandan peşman olub bu əməllərdən tövbə etmək lazımdır. Bunlar İslam tərbiyəsinə ziddir, qətiliklə haramdır. Bir hədisi şərifdə belə buyurulmuşdur:
” Nə xoşbəxtdir o adama ki, öz qüsuru özünü elə məşğul edib ki, başqalarının qüsurlarını görməyə vaxt tapmaz .” Hz.Əli (ə)

İnsan, öz qüsurunu görüb onu düzəltməyə çalışmalıdır. Ancaq uyğunsuz işləri heç çəkinmədən aşkar edib duran günahkar kəslərin bu çirkin hallarını söyləmək qeybət sayılmaz. Bu cür etməklə çirkin əməllər pislənmiş və başqaları bundan qorunmuş olur.