Ölünü diriltməyin yolu tapıldıbackend

Ölünü diriltməyin yolu tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Nyu-York Elmlər Akademiyasının üzvlərinin araşdırması maraqlı məqamları üzə çıxarıb.

Mütəxəssislər xəstələrin təkrar həyata qaytarılması ilə bağlı araşdırmanın nəticələrini Nyu-Yorkda bir konfransda təqdim ediblər. Universitetin tibb fakultəsinin mütəxəssisi Sam Parnia ölüm anı ilə bağlı danışıb: “İnsan artıq nəfəs alıb-vermədikdə, ürəyi dayandığında onun ölmüş olduğu qəbul edilir. Əvvəllər bunu dəyişdirmək üçün heç nə edilmirdi. İndi isə son araşdırmalar insanın ürəyi dayandıqdan bir neçə saat sonra da həyata qaytarılmasının mümkünlüyünü üzə çıxarıb”.

Kolumbiya Universitetinin doktoru Stefan Mayerin sözləri də elm aləmində əvvəl mövcud olan fikirləri alt-üst edib: “Əvvəl beıə düşünülürdü ki, ürəyin dayanması orqanizmdəki qan dövranı dayandırır və oksigen çatışmazlığından xəstənin beyin ölümü gerçəkləşir. Halbuki ürək dayanarsa ölüm yeni başlamış olur. Yəni insan hələ tam ölmür. Ürək dayandıqdan sonra beyinə təsir qeydə alınır, ancaq başqa hüceyrələrin ölümünün başlaması zaman aparır. İndiyə qədər bizə öyrədiblər ki, xəstə oksigensiz qalarsa, ona oksigen vermək lazımdır. Halbuki, bu oksigen çox olarsa daha böyük ziyanı var. Buna görə də beynə gedən oksigenin miqdarına nəzarət etmək lazımdır. Bədən temperaturunun aşağı salınması və oksigen miqdarının azaldılması ilə ölmüş hesab edilən şəxsi həyata qaytarmaq mümkündür”.

İnterpress.az