TürkPA-nın baş katibi Bakıda keçirdiyi hesabat xarakterli mətbuat konfransında deyib ki, Papa belə bir çıxışla çox böyük yanlışlığa yol verib.
J. Asanov qeyd edib ki, beynəlxalq nüfuza malik liderlər gərginliyin artmasına səbəb olan şərhlər verməkdən çəkinməlidirlər və ehtiyatlı olmalıdırlar. J. Asanovun fikrincə, 1915-ci ildə baş vermiş hadisələr tarixçilər tərəfindən araşdırılmalıdır və bu hadisə müasir dövrdə siyasi bazarlıq mövzusu olmamalıdır: “Müxtəlif siyasətçilər bu barədə müxtəlif sözlər deyə bilərlər. Amma bu, siyasətçilərin yox, tarixçilərin işidir”.
İnterpress.az