İnsanla itin dostluğunun sirribackend

İnsanla itin dostluğunun sirri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, insanla itin dostluğuna “sevgi hormonu” deyilən oksitosin səbəb olur. Bu barədə araşdırmanın nəticəsi “Science” jurnalında dərc olunub.

Yaponiyanın Azabu Universitetinin mütəxəssisi Mixo Naqasavanın rəhbərlik etdiyi araşdırma qrupu insanlar və itlər üzərində tədqiqat aparıb. Tədqiqatın nəticəsi göstərib ki, itlə insan təmasda olduğu zaman onların qanında “sevgi hormonu” artır.

Tədqiqat obyekti olan it öz sahibi ilə bir otağa salınıb. Yarım saat ərzində onların ünsiyyəti, baxışları, toxunuşları müşahidə edilib. Həm insanın, həm itin qanındakı “sevgi hormonu” ölçülüb. Məlum olub ki, insan itin gözlərinə baxdığı zaman onda “sevgi hormonu” artır. Eyni zamanda öz sahibindən nəvaziş görən itin də qanında bu hormonun miqdarının artdığı müşahidə edilib.

Alimlərin fikrincə, uzun-uzadı baxış həm də ana ilə övladı arasında psixoloji əlaqəni gücləndirir.

İnterpress.az